"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

--2017-07-11 / 15:53

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, â„– 12, maddə 690; 2001, â„– 12, maddə 736; 2002, â„– 5, maddə 242; 2004, â„– 4, maddə 202; 2005, â„– 2, maddə 62; 2007, â„– 11, maddə 1082; 2010, â„– 3, maddə 173; 2011, â„– 12, maddə 1075; 2015, â„– 2, maddə 86; 2016, â„– 11, maddə 1779) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə “küçə reklamlarına” sözləri “açıq məkanda reklama” sözləri ilə əvəz edilsin;

2. 2-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqın məbləği “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən müəyyən edilir.”.

 ilham əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il

http://azertag.az/

ŞƏRHLƏR